Menyu

"Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb

Operativ Media
"Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
1 dəq oxu

Sentyabrın 10-da səhər saatlarında baş verən bir neçə hücumdan sonra "Şərq-Qərb" neft kəmərinin Ər-Riyad və Mədinə ərazisindəki işi ehtiyat tədbiri məqsədilə dayandırılıb.

Operativ Media xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəza və texniki briqadalar hücumlardan dərhal sonra işə başlayıb, neft kəmərinin təhlükəsizliyinin təmin edilməsi və onun vəziyyətinin yoxlanılması üçün lazımi tədbirlər görülüb.

Qeyd edək ki, hücumlar nəticəsində bir neçə nəfər yaralanıb.

Əlaqəli Xəbərlər