Menyu

"Ulduz" metrostansiyasının qarşısından keçən yola asfalt çəkilir

Operativ Media
"Ulduz" metrostansiyasının qarşısından keçən yola asfalt çəkilir
1 dəq oxu

"Bakı Metropoliteni" QSC-nin "Ulduz" stansiyasının qarşısından keçən yol sahəsində asfalt örtüyünün döşənməsi işləri aparılır.

Bu barədə Operativ Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, sözügedən hissə Həsən Əliyev küçəsindən "Koroğlu" metrostansiyası istiqamətində inşa edilən yeni avtomobil yolunun mühüm hissələrindən biridir.

İşlər "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində həyata keçirilir.

Əlaqəli Xəbərlər