Rusiyanın zavod və aerodromu vurulub
Operativ Media
Rusiyanın iki şəhəri PUA-ların hücumuna məruz qalıb.
Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, sentyabrın 12-nə keçən gecə Rusiyanın Samara və Rostov vilayətlərində yerləşən iki şəhəri – Tolyatti və Taqanroqun pilotsuz uçuş aparatları ilə hücuma məruz qaldığı bildirilir.
Məlumata görə, hücum zamanı Tolyatti və Taqanroqda müxtəlif obyektlərin hədəfə alındığı ehtimal olunur. Onların arasında kimya zavodu, hərbi aerodrom və avtomobil zavodunun olduğu bildirilir. Rostov vilayətinin qubernatoru Yuri Slyusar isə bölgədə 70-dən çox PUA-nın məhv edildiyini açıqlayıb.
Onun sözlərinə görə, Taqanroqda PUA qalıqlarının düşməsi nəticəsində mağaza binasında yanğın baş verib.
Hadisə nəticəsində ölən və xəsarət alanların olmadığı bildirilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net