Menyu

Aİ Şurası Ukraynaya 3 milyard avro ödənişi təsdiqləyib

Nicat Hüseynli
Aİ Şurası Ukraynaya 3 milyard avro ödənişi təsdiqləyib
1 dəq oxu

Aİ Şurası 50 milyard avroluq “Ukraine Facility” mexanizmi çərçivəsində Ukraynaya təxminən 3 milyard avro həcmində növbəti ödənişin edilməsini təsdiqləyib.

Operativ Media xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında bildirilib.

Məlumata görə, bu, mexanizm çərçivəsində səkkizinci müntəzəm ödənişdir.

Ayrılan vəsaitin təxminən 800 milyon avrosu Ukraynaya dəstək üçün nəzərdə tutulan kredit hesabına maliyyələşdiriləcək. Vəsaitin makroiqtisadi sabitliyin qorunması, islahatların dəstəklənməsi və dövlət idarəçiliyinin ehtiyaclarının qarşılanmasına yönəldilməsi planlaşdırılır.

Əlaqəli Xəbərlər