Menyu

İlham Əliyev: Təhsil bir nömrəli prioritetdir

Operativ Media
İlham Əliyev: Təhsil bir nömrəli prioritetdir

Azərbaycan Prezidenti İlham Əliyev təhsilin ölkənin inkişafında əsas prioritetlərdən biri olduğunu bildirib.

Operativ Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, hazırlıqlı kadrlar olmadan qarşıya qoyulan məqsədlərə nail olmaq mümkün deyil.

“Burada bir neçə amil var. Onlardan biri potensialın gücləndirilməsidir və hazırda təhsil sahəsində çox iş görülür. Bir müddətdir fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzi bu istiqamətdə atılan ilk mühüm addımdır”, - deyə İlham Əliyev vurğulayıb.

Prezident qeyd edib ki, Azərbaycanın ucuz enerji imkanları və əlverişli coğrafi mövqeyi kimi mühüm üstünlükləri var.

“Biz Avropa ilə Asiya arasında yerləşirik. Şimal və qərb istiqamətlərinə uzanan fiber-optik xətlərimiz var. Bu ilin sonunadək Azərbaycanla Qazaxıstanı Xəzər dənizinin dibi ilə birləşdirən layihəni tamamlayacağıq”, - dövlət başçısı deyib.

İlham Əliyev Azərbaycanın qlobal iqtisadiyyatın ümumi inkişaf tendensiyalarına uyğun hərəkət etmək istədiyini bildirib.

“Bu məqsədlə hipermiqyaslı texnologiya şirkətləri, sizin təmsil etdiyiniz qurum və dünən görüşdüyüm təşkilat kimi tərəfdaşlarla fəal işləməliyik ki, onlar Azərbaycana investisiya imkanları baxımından nəzər salsınlar”, - Prezident qeyd edib.

Dövlət başçısı bildirib ki, təhlükəsizlik, əlverişli investisiya mühiti, proqnozlaşdırılan vergi qaydaları və investorlar üçün əlverişli iqtisadi mühit bunun əsas ilkin şərtləridir.

“Bunlar kifayət qədər cəlbedici olarsa, uğur qazanacağıq. Əks halda, tərəfdaşlarımızdan Azərbaycana uzunmüddətli investor kimi gəlmələri üçün daha nələrin edilməli olduğunu bizə bildirmələrini xahiş edəcəyik”, - deyə İlham Əliyev vurğulayıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər