Menyu

Şahmar Mövsümov: Azərbaycana 33 trilyon dollarlıq investisiya portfeli olan investorlar gəlib

Operativ Media
Şahmar Mövsümov: Azərbaycana 33 trilyon dollarlıq investisiya portfeli olan investorlar gəlib

Azərbaycana 33 trilyon ABŞ dollarından çox vəsaiti idarə edən investorlar gəlib.

Operativ Media xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, dünyanın müxtəlif ölkələrindən gələn investorlar Azərbaycana investisiya yatırmaq üçün mümkün variantları nəzərdən keçirirlər.

“Ümid edirik ki, belə bir forumun nəticəsində real layihələr meydana çıxacaq və investisiyalar olacaq”, - Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, forum çərçivəsində artıq 10 milyard dollardan çox potensial investisiya üzrə sənədlər imzalanıb.

Şahmar Mövsümov qeyd edib ki, xüsusilə rəqəmsallaşma və transformasiya sahəsində daha böyük layihələrin həyata keçirilməsi üçün ilkin şərtlər yaradılıb.

Prezidentin köməkçisi Azərbaycanın üstünlüklərindən birinin ölkədə çoxlu və ucuz enerji resurslarının, gələcəkdə isə böyük yaşıl enerji potensialının olması olduğunu vurğulayıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər