“Qəbələ” Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Səbail”lə ilk oyununun hazırlıq prosesini başa vurub.
"Operativ Media" xəbər verir ki, “qırmızı-qaralar” məşqləri tam heyətlə yekunlaşdırıb.
Bu gün Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Səbail” matçı saat 18:00-da başlayacaq.