"Trabzonspor"un futbolçusu Avropa klublarının hədəfində

Əziz Əzizli
"Trabzonspor"un futbolçusu Avropa klublarının hədəfində

Türkiyə Super Liqasının 29-cu həftəsində keçirilən "Trabzospor" - "Beşiktaş" matçını "Ayaks" və "Monako"nun müşahidəçilərinin izlədiyi bildirilir.

"Operativ Media" xəbər verir ki, “Ayaks”ın adından matçı komandanın sabiq bombardirilərindən olan Klaas Yan Huntelaarın, "Monako"dan isə bir müşahidəçi izləyib.

Hər iki müşahidəçinin “Beşiktaş”dan bəzi futbolçuları izlədiyi və “Trabzonspor”dan Abdülkadir Ömür üçün məlumat topladığı qeyd edilib.

  Son çıxışından sonra Abdulkadir Ömür yenidən "Monako"nun radarina girib. Huntelaarın da gənc futbolçunu bəyəndiyi və onların söhbətini "Ayaks" rəsmilərinə çatdıracağı bildirilib.

 Bu mövsüm "Trabzonspor"da 37 oyun keçirən Abdülkadir Ömür 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

Digər xəbərlər