"Real Madrid" Kenan Yıldızı heyətinə qatmaq istəyir
“Yuventus” 2026/27 mövsümünün sonunda UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməsə, yarımmüdafiəçi Kenan Yıldızı itirmək təhlükəsi ilə üzləşə bilər.
Operativ Media xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb. Bildirilib ki, belə bir ssenari 21 yaşlı türkiyəli futbolçunun mümkün transferinin müzakirəsinə şərait yarada bilər.
“Yuventus” Kenan Yıldızın transfer qiymətini 100 milyon avro olaraq müəyyənləşdirib. “Real Madrid” futbolçu ilə 2025-ci ilin qışında, komandanın baş məşqçisi Xabi Alonso olduğu vaxt maraqlanıb. Həmin dövrdə ispaniyalı mütəxəssis Yıldızı əsas transfer hədəfi hesab edib.
Məlumata görə, “Real Madrid” yayda bu məsələyə yenidən qayıda bilər. Kenan Yıldız Erlinq Holannla birlikdə Madrid klubunun gələcək transfer kampaniyasının əsas namizədlərindən biri kimi göstərilir.
Türkiyəli futbolçu ilə “Arsenal” və “Bavariya” da maraqlanır. “Arsenal” sol cinah hücumçusu axtarır, “Bavariya” isə Yıldızı “Yuventus”dan ayrıldığı vaxtdan etibarən diqqətdə saxlayır.
Kenan Yıldızın Turin klubundakı müqaviləsi 30 iyun 2030-cu ilədək qüvvədədir. Tərəflər müqaviləni 2026-cı ilin fevralında uzadıblar.
Futbolçu 2025/26 mövsümündə 51 oyunda 14 qol vurub və 10 məhsuldar ötürmə edib.
“Transfermarkt” isə Kenan Yıldızın bazar dəyərini 75 milyon avro qiymətləndirir.
dəqiqələr içində saytın olsun.