Menyu

İlham Əliyev Əhməd Yusifovu qələbə münasibətilə təbrik edib

Operativ Media
İlham Əliyev Əhməd Yusifovu qələbə münasibətilə təbrik edib
1 dəq oxu

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatında qızıl medal qazanan Əhməd Yusifovu təbrik edib.

Operativ Media xəbər verir ki, dövlət başçısı idmançı ilə görüşü zamanı onun qələbəsinin Azərbaycan xalqını sevindirdiyini bildirib.

"Bütün xalqımızı sevindirmisən. Özü də mübarizə çox gərgin gedirdi. Rəqiblərin də hamısı çox güclüdür. Final yarışında, döyüşündə təmiz qələbə qazanmaq, əlbəttə ki, böyük nailiyyətdir. Səni ürəkdən təbrik edirəm. Dünya çempionu olmaq hər bir idmançının arzusudur. Əminəm ki, sən də bu arzu ilə yaşamısan və bu zirvəyə çatmısan, özü də doğma Vətəndə. Buna görə səni ürəkdən təbrik edirəm, yeni uğurlar arzulayıram.

Sən hələ gəncsən. Gələcəkdə də bir çox yarışlar olacaq. Əminəm ki, sən doğma Vətənimizin idman şöhrətini həmişə yüksəklərdə saxlayacaqsan", - Prezident qeyd edib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər