Fransada etirazlar maliyyə böhranı riskini artırır
Fransada sentyabrın sonundan başlayan və ölkə üzrə genişlənən etirazların ölkənin artan maliyyə problemlərini üzə çıxardığı və Avropada ciddi böhran riskini artırdığı bildirilib.
Operativ Media xəbər verir ki, CNN bununla bağlı yayımladığı materialda Fransadakı vəziyyətin digər ölkələrə və bütövlükdə avrozonaya yayılma ehtimalının yüksək olduğunu qeyd edib.
Oxford Economics konsaltinq şirkətinin Avropa üzrə baş iqtisadçısı Anxel Talaveranın sözlərinə görə, böhranın digər ölkələrə və avrozonaya keçməsi bütün regionda ciddi böhrana səbəb ola bilər.
Etirazlar sentyabrın sonunda paytaxt regionu olan İl-de-Fransda orta məktəb şagirdlərinin aksiyaları ilə başlayıb. Daha sonra nümayişlər ölkənin müxtəlif bölgələrinə yayılıb və bəzi şəhərlərdə etirazçılarla polis arasında toqquşmalar baş verib.
Şimaldakı Pa-de-Kale departamentinin Lans kommunasında keçirilən nümayiş zamanı ilkin məlumata görə, iştirakçılardan birinin əlinin biləkdən aşağı hissəsi qopub.
Etirazların başlanmasından indiyədək jandarmlar və polis əməkdaşları 6,6 mindən çox şəxsi saxlayıb. Bildirilir ki, saxlanılanların 90 faizini yetkinlik yaşına çatmayanlar təşkil edib.
dəqiqələr içində saytın olsun.