Menyu

İstanbulda TDT Ədliyyə Nazirlərinin 3-cü Görüşü keçirilib

Şəfa Hüseynli
İstanbulda TDT Ədliyyə Nazirlərinin 3-cü Görüşü keçirilib
1 dəq oxu

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Ədliyyə Nazirlərinin 3-cü görüşü 7 oktyabr 2026-cı il tarixində Türkiyə Respublikasının İstanbul şəhərində keçirilib.

Bu barədə Operativ Media Qırğızıstan mediasına istinadən xəbər verir.

Bildirilib ki, iclasa Türkiyə ədliyyə naziri Akın Gürlek sədrlik edib.  Həmçinin, iclasda Azərbaycan ədliyyə naziri Fərid Əhmədov, Qırğızıstan ədliyyə naziri Almaz Ayılçiyev, Özbəkistan ədliyyə naziri Əkbər Taşkulov, Qazaxıstan ədliyyə nazirinin müavini Botagöz Jakselekova və TDT-nin baş katibi Kubanıçbek Ömürəliyev iştirak edib.

TDT-nin Baş katibi çıxışında TDT üzv dövlətlərinin Ədliyyə nazirlikləri arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Ədliyyə Nazirlərinin 1-ci və 2-ci görüşlərinin nəticələri və sonrakı tədbirləri barədə fikir mübadiləsi aparılıb və müvafiq nazirliklər arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq barədə məlumat paylaşılıb.

Görüşün sonunda nazirlər gələcək əməkdaşlıq üçün konkret sahələri və prioritetləri müəyyən edən Ədliyyə Nazirlərinin 3-cü Görüşünün Birgə Kommünikesini imzalayıblar.

Nazirlər 2027-ci ildə Qırğızıstan Respublikasında TDT-nin Ədliyyə Nazirlərinin 4-cü Görüşünün çağırılması barədə razılığa gəliblər.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər