Menyu

Paşinyan Türkmənistanda Azərbaycan Prezidenti ilə görüşəcəyini açıqlayıb

Operativ Media
Paşinyan Türkmənistanda Azərbaycan Prezidenti ilə görüşəcəyini açıqlayıb
1 dəq oxu

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənistanda keçiriləcək Müstəqil Dövlətlər Birliyinin (MDB) sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevlə təmaslarının olacağını bildirib.

Operativ Media xəbər verir ki, bu barədə Paşinyan keçirdiyi brifinqində deyib.

Onun sözlərinə görə, sammitin formatına uyğun olaraq hər iki liderlə təmasların baş tutması gözlənilir.

“Format elədir ki, həm Rusiya Prezidenti, həm də Azərbaycan Prezidenti ilə təmaslar mütləq olacaq. Bu gün və sabah eyni məkanda olacağıq”, – deyə Paşinyan bildirib.

Bununla yanaşı, Ermənistan Baş naziri Putin və İlham Əliyevlə rəsmi görüşlərin nəzərdə tutulmadığını qeyd edib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər