ÇL: "Mançester Siti" "Bayern"in, "Benfika" "İnter"in qonağı olacaq

Əziz Əzizli
ÇL: "Mançester Siti" "Bayern"in, "Benfika" "İnter"in qonağı olacaq

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulacaq.

"Operativ Media" xəbər verir ki, son oyunlardan sonra yarımfinala yüksələn daha iki komandanın adına aydınlıq gələcək.

"Bayern" Almaniyada "Mançester Siti"ni qəbul edəcək. Komandalar arasında baş tutan ilk görüş ingilislərin qələbəsiylə başa çatıb - 3:0.

Gecənin digər matçında "İnter" azarkeşləri önündə "Benfika"nı sınağa çəkəcək. Komandalar arasındakı ilk matçda italyanlar qələbə qazanıb - 2:0.

UEFA Çempionlar Liqası

Yarımfinal mərhələsi, cavab oyunları

19 aprel

23:00. “Bayern” (Almaniya) – “Mançester Siti” (İngiltərə)

İlk oyun – 0:3

 

23:00. “İnter” (İtaliya) – “Benfika” (Portuqaliya)

İlk oyun – 2:0

Digər xəbərlər