Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.
"Operativ Media" xəbər verir ki, turnirin favoriti "Neftçi" Tovuzda "Turan Tovuz"la qarşılaşıb. Matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Komandalar bu mövsüm Premyer Liqada üç dəfə üz-üzə gəlib. "Neftçi" iki oyunda qələbə qazanan tərəf olub. Bir görüş isə qolsuz heç-heçə ilə başa çatıb.