Menyu

Vinisius: “Mən mütləq əvvəlki formama qayıdacağam”

Operativ Media
Vinisius: “Mən mütləq əvvəlki formama qayıdacağam”
1 dəq oxu

“Real Madrid”in hücumçusu Vinisius Junior Çempionlar Liqasının liqa mərhələsinin II turunda “Roma”ya 4:3 hesabı ilə qalib gəldikləri oyundan sonra optimal formasını bərpa edəcəyini bildirib.

Operativ Media xəbər verir ki, braziliyalı futbolçu hazırda çətin dövr keçirdiyini, lakin tezliklə əvvəlki səviyyəsinə qayıdacağına inandığını söyləyib.

“Fabrizio Romano”nun X sosial şəbəkəsində paylaşdığı məlumata görə, Vinisius əvəzlənməsinə narazılıq göstərməsinin normal olduğunu qeyd edib. O, bütün dəqiqələrdə meydanda qalmaq və komandaya kömək etmək istədiyini, lakin bunun həmişə mümkün olmadığını vurğulayıb.

Hücumçu “Real Madrid”in digər futbolçusu Endrikin oyuna daxil olduqdan sonra matışın gedişini dəyişdirdiyini və ikinci hissənin ən yaxşı oyunçusu olduğunu bildirib. Vinisius ən yaxşı futbolunu nümayiş etdirə bilmədiyinə görə özündən narazı qaldığını da əlavə edib.

“Real Madrid” 6 xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb. “Roma” isə 1 xalla 25-ci yerdədir.

Əlaqəli Xəbərlər