Menyu

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsinə məhdudiyyət tətbiq olunub

Operativ Media
Zabrat–Maştağa avtomobil yolununun bir hissəsinə məhdudiyyət tətbiq olunub
1 dəq oxu

Bakının Sabunçu rayonunda Zabrat–Maştağa avtomobil yolunun Zabrat dairəsindən Maştağa qəsəbəsi Elşən Məhərrəmli küçəsi ilə kəsişməyədək olan hissəsində oktyabrın 17-dən etibarən təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunub.

Bu barədə Operativ Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, əks istiqamətdə isə oktyabrın 19-u saat 08:00-dan etibarən tam məhdudiyyət tətbiq olunacaq.

"Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur", - qurum qeyd edib.

Əlaqəli Xəbərlər