Menyu

Son 9 ayda ödənişli xidmətlərin dəyəri 12 milyard manatı ötüb

Operativ Media
Son 9 ayda ödənişli xidmətlərin dəyəri 12 milyard manatı ötüb
1 dəq oxu

2026-cı ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,9 faiz artaraq 12 026,0 milyon manat olub.

Operativ Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 9 087,1 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,6 faizini təşkil edib.

Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 1 170,7 manatlıq və ya 2025-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 139,1 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Əlaqəli Xəbərlər