Menyu

Bayraktar və Novak Türkiyə ilə Rusiyanın yeni enerji layihələrini müzakirə ediblər

Operativ Media
Bayraktar və Novak Türkiyə ilə Rusiyanın yeni enerji layihələrini müzakirə ediblər
1 dəq oxu

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Rusiya Baş nazirinin müavini Aleksandr Novakla energetika sahəsində ikitərəfli layihələrin həyata keçirilməsini, atom enerjisi və karbohidrogenlər sahəsində yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Operativ Media xəbər verir ki, bu barədə Bayraktar öz "X" səhifəsində yazıb.

"Rusiya Enerji Həftəsi çərçivəsində Rusiya Baş nazirinin müavini Aleksandr Novakla məhsuldar görüşümüz baş tutdu. Biz mövcud layihələrin həyata keçirilməsi gedişatını nəzərdən keçirdik, atom enerjisi və karbohidrogenlər sahəsində yeni əməkdaşlıq imkanlarını qiymətləndirdik. Qarşılıqlı etimad, uzunmüddətli strateji perspektiv və regional sabitliyin təmin olunmasına dair ortaq istək əsasında Rusiya ilə enerji tərəfdaşlığımızı inkişaf etdirməyə sadiqik", - o qeyd edib.

Əlaqəli Xəbərlər