Menyu

Azərbaycan 1-ci Liqası: MOİK səfərdə, "Karvan-Yevlax" evdə qələbə qazanıb

Operativ Media
Azərbaycan 1-ci Liqası: MOİK səfərdə, "Karvan-Yevlax" evdə qələbə qazanıb
1 dəq oxu

Azərbaycan 1-ci liqasında 5-ci tura yekun vurulub. 

Operativ Media xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

"Karvan-Yevlax" doğma meydanda "Gəncəbasar"ı 2:1 hesabı ilə məğlub edib.

MOİK isə səfərdə "Baku Sportinq"i üstələyib. Görüş "hərbçilər"in 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

Əlaqəli Xəbərlər