Konfrans Liqası: "Vest Hem" "Gent"i qəbul edəcək

Əziz Əzizli
Konfrans Liqası: "Vest Hem" "Gent"i qəbul edəcək

Bu gün Avropa Konfrans Liqasının 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.

"Operativ Media" xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutacaq.

“Vest Hem” səfərdə “sülh bağladığı” “Gent”lə bu dəfə doğma meydanda qarşılaşacaq. “Nitsa” da səfərdə məhsuldar heç-heçə etdiyi “Bazel”i bu gün evdə sınağa çəkəcək.

“Anderlext” “Alkmaar”ın qonağı olacaqsa, “Fiorentina” “Lex”i qəbul edəcək. Florensiyalıların mərhələ adlayacağı demək olar şübhə doğurmur. İlk oyunda 2 cavabsız qol vurmuş “Anderlext”in də yarımfinala yüksəlmək şansı yüksəkdir.

Avropa Konfrans Liqası

1/4 finalın cavab oyunları

20 aprel

20:45. Alkmaar (Niderland) – Anderlext (Belçika)

İlk oyun – 0:2.

20:45. Fiorentina (İtaliya) – Lex (Polşa)

İlk oyun – 4:1.

23:00. Vest Hem (İngiltərə) – Gent (Belçika)

İlk oyun – 1:1.

23:00. Nitsa (Fransa) – Bazel (İsveçrə)

İlk oyun – 2:2

Digər xəbərlər