Menyu

SEPAH Hörmüz boğazının cənubunda iki neft tankerini saxlayıb

Nicat Hüseynli
SEPAH Hörmüz boğazının cənubunda iki neft tankerini saxlayıb
1 dəq oxu

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından icazəsiz marşrutla keçməyə cəhd göstərdikləri iddiası ilə iki neft tankerini saxlayıb.

Operativ Media xəbər verir ki, bu barədə SEPAH Hərbi Dəniz Qüvvələrinin Komandanlığı məlumat yayıb.

Bəyanatda tankerlərin naviqasiya sistemlərini söndürərək İranın təsdiqləmədiyi marşrutla hərəkət etməyə çalışdığı və xəbərdarlıqlara məhəl qoymadığı iddia edilib. Gəmilərdə yanğın baş verdiyi də bildirilib.

SEPAH hadisənin İranın müəyyən etdiyi naviqasiya qaydalarına əməl edilməməsi ilə bağlı olduğunu qeyd edib

Əlaqəli Xəbərlər