"Qarabağ-2"nin futbolçusunun halı pisləşdi, xəstəxanaya çatdırıldı - YENİLƏNİB

Əziz Əzizli
"Qarabağ-2"nin futbolçusunun halı pisləşdi, xəstəxanaya çatdırıldı - YENİLƏNİB

"Qarabağ-2" klubunun futbolçusu Şirxan Həsənzadənin məşq zamanı halı pisləşdikdən sonra xəstəxanaya çatdırılmışdı.

"Operativ Media"ya açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə futbolçunun vəziyyətinin stabil olduğunu bildirib.

"Məşq zamanı səhəti pisləşən futbolçumuz Şirxan Həsənzadənin vəziyyəti stabildir. Həkimlərin  müdaxiləsindən sonra vəziyyəti yaxşıya doğru dəyişib".

***

15:22

"Qarabağ-2″nin məşqi zamanı xoşagəlməz hadisə yaşanıb. Ağdam təmsilçisinin əvəzedici komandasının məşqində müdafiəçi Şirxan Həsənzadənin ürəyi dayanıb.

"Operativ Media" sportal.az-a istinadən xəbər verir ki, 20 yaşlı futbolçu təcili tibbi yardımla dərhal xəstəxaya çatdırılıb. Gənc oyunçunun həyati təhlükəsi var.

Qeyd edək ki, Şirxan Həsənzadə Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvüdür.

Digər xəbərlər