Menyu

“ASAN xidmət” modelinin daha 5 ölkədə tətbiqi müzakirə olunub

Operativ Media
“ASAN xidmət” modelinin daha 5 ölkədə tətbiqi müzakirə olunub
1 dəq oxu

"ASAN xidmət" təcrübəsinin Cibuti, Qvineya-Bisau, Surinam, Syerra-Leone və Dominikanda tətbiqi ilə əlaqədar müzakirələr aparılıb.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin BMT-nin Baş katibinin müavini, Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyanın icraçı katibi Raniya Əl-Məşat, Qvineya-Bisaunun dövlət idarəçiliyi, əmək və sosial təminat naziri Assuçeniya Nesbi Emilia Seyde Donate de Barros, Cibutinin əmək, formallaşdırma və sosial müdafiə naziri Yonis Ali Quedi, Surinamın iqtisadi məsələlər, sahibkarlıq və texnoloji innovasiyalar naziri Endryu Basaron, Uqandanın dövlət qulluğu üzrə dövlət naziri Lidiya Mutende Vaisva Vantanla, Dominikanın dövlət idarəçiliyi nazirinin müavini Elvis Munoz ilə, Dövlət Agentliyin sədr müavini Ceyhun Salmanovun isə Syerra-Leonenin dövlət idarəçiliyi və siyasi məsələlər nazirinin müavini Filip Tetema Tondonehlə görüşündə müzakirələr aparılıb.

Görüşdə Bakıda keçirilən "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı" beynəlxalq tədbirinin əhəmiyyəti qonaqlar tərəfindən xüsusi qeyd olunub.

BMT rəsmisi ilə görüşdə "ASAN xidmət"lə əməkdaşlığın inkişaf perspektivləri, Azərbaycanın innovativ dövlət xidmətləri modelinin BMT tərəfindən dörd qitədə təşviqi, qabaqcıl təcrübənin BMT-yə üzv dövlətlərlə bölüşülməsi, eləcə də dövlət xidmətlərinin əlçatanlığının, şəffaflığının, səmərəliliyinin və vətəndaş məmnuniyyətinin artırılması istiqamətində beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Cibuti tərəfi "ASAN xidmət" modelinin onlarda yüksək təəssürat yaratdığını və sammit çərçivəsində imzalanmış memoranduma əsasən bu təcrübənin tezliklə Cibutidə tətbiq olunacağını diqqətə çatdırıb.

Qvineya-Bisau tərəfi ilə görüşdə "ASAN xidmət" təcrübəsinin tətbiqi üzrə əməkdaşlıq məsələləri, tərəflər arasında imzalanmış Anlaşma Memorandumu üzrə tədbirlər planı müzakirə olunub.

Surinam və Syerra-Leone tərəfləri ilə keçirilən görüşlərdə "ASAN xidmət" nümunəvi model kimi qiymətləndirilib və bu təcrübənin həmin ölkələrdə tətbiqinə dair maraq ifadə olunub.

Dominikan tərəfi ilə görüşdə bildirilib ki, "ASAN xidmət"in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub. Bu baxımdan Dominikanla Anlaşma Memorandumu çərçivəsində fəaliyyət istiqamətləri diqqət mərkəzində saxlanılıb.

Fotogalereya

Əlaqəli Xəbərlər