Menyu

Lixtenşteyn Azərbaycan millisi ilə matça 23 futbolçu çağırıb

Operativ Media
Lixtenşteyn Azərbaycan millisi ilə matça 23 futbolçu çağırıb
1 dəq oxu

Lixtenşteyn milli komandasının baş məşqçisi Konrad Fünfştük UEFA Millətlər Liqasının son iki turunda Azərbaycan və Litva ilə keçiriləcək oyunlar üçün 23 futbolçuya dəvət göndərib.

Operativ Media xəbər verir ki, noyabrın 13-də Vaduz şəhərindəki “Rheinpark” stadionunda Azərbaycan millisini qəbul edəcək Lixtenşteyn yığması noyabrın 16-da isə səfərdə Litva ilə qarşılaşacaq.

Heyətdə ilk dəfə 19 yaşlı müdafiəçi Yonas Abidiyə də yer verilib. “Vaduz 2” klubunda çıxış edən futbolçu LFV-nin müntəzəm təlim-məşq toplanışlarındakı çıxışı ilə məşqçilər korpusunun diqqətini cəlb edib.

Baş məşqçi Konrad Fünfştük bir neçə futbolçunun yoxluğunun komanda üçün ciddi itki olduğunu bildirib. Bununla yanaşı, o, yaranmış vəziyyətin digər oyunçular üçün özlərini göstərmək və məsuliyyəti üzərinə götürmək imkanı yaratdığını vurğulayıb.

Uzun müddət zədə səbəbindən yaşıl meydanlardan kənarda qalan qapıçı Tim-Tiado Öhri də yenidən milliyə dəvət alıb. O, çarpaz bağ zədəsindən sonra bərpa prosesini başa vuraraq komandanın heyətinə qayıdıb.

Fünfştük qarşıdakı görüşlərdə əvvəlki nəticələri yaxşılaşdırmaq niyyətində olduqlarını qeyd edib. Lixtenşteyn millisi 2026-cı ildə Millətlər Liqasında indiyədək 4 xal toplayıb.

Baş məşqçi Azərbaycan və Litva ilə əvvəlki qarşılaşmalarda komandasının yaxşı oyun sərgilədiyini və ilin son matçlarında xal ehtiyatını artırmağa çalışacaqlarını bildirib.

Əlaqəli Xəbərlər