Menyu

Bakıda avtobus qəza edib

Operativ Media
Bakıda avtobus qəza edib
1 dəq oxu

Bakının Sabunçu rayonunda sərnişin avtobusu qəza törədib.

Opeativ Media xəbər verir ki, hadisə Ramana qəsəbəsində, 337 saylı orta məktəbin qarşısında baş verib.

Belə ki, 162 saylı marşrut xətti üzrə hərəkət edən avtobus idarəetmədən çıxaraq “Opel” markalı avtomobilə çırpılıb, nəticədə avtomobil yoldan çıxaraq kənarda olan piyadanı vurub.

İlkin məlumata görə, avtobusda da xəsarət alanlar var.

Hadisə ilə bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər