Menyu

Ukrayna nümayəndə heyətinə Budanov başçılıq edəcək

Operativ Media
Ukrayna nümayəndə heyətinə Budanov başçılıq edəcək
1 dəq oxu

Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqlarda ölkəsinin nümayəndə heyətinə başçılıq edəcək.

Operativ Media xəbər verir ki, Budanov bu barədə “CBS News” telekanalına müsahibəsində bildirib.

O, danışıqlarda ciddi irəliləyiş gözləmədiyini, lakin görüşün baş tutmasını belə müsbət addım hesab etdiyini vurğulayıb.

Budanovun fikrincə, tərəflər görüş zamanı mövqelərin yaxınlaşdırılması imkanlarını müzakirə edəcəklər.

Qeyd edək ki, Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi planlaşdırılır. Görüşdə Vaşinqton vasitəçi qismində çıxış edəcək.

Əlaqəli Xəbərlər