Menyu

Hindistanda qar uçqunu 7 nəfərin həyatına son qoyub

Nicat Hüseynli
Hindistanda qar uçqunu 7 nəfərin həyatına son qoyub
1 dəq oxu

Hindistanın şimalındakı Uttarakhand ştatında dağ yürüşü zamanı qar uçqunu nəticəsində itkin düşən səkkiz turistdən yeddisinin meyiti aşkarlanıb, bir nəfərin axtarışları davam edir.

Operativ Media xəbər verir ki, bu barədə yerli hökumət rəsmisi məlumat verib.

Bildirilib ki, turistlər oktyabrın 29-da Kedartal marşrutunda güclü qar yağışı və uçqunlar səbəbindən itkin düşüblər.

Axtarış-xilasetmə əməliyyatı əlverişsiz hava şəraiti səbəbindən çətinliklərlə üzləşib.

Əlaqəli Xəbərlər