Menyu

“Xankəndi”nin futbolçusu ayın ən yaxşı qoluna görə mükafatlandırılıb

Operativ Media
“Xankəndi”nin futbolçusu ayın ən yaxşı qoluna görə mükafatlandırılıb
1 dəq oxu

I Liqada oktyabr ayının ən yaxşı qolunun müəllifi müəyyənləşən layihə çərçivəsində “Xankəndi”nin futbolçusu Bəhruz Teymurov mükafatlandırılıb.

Operativ Media xəbər verir ki, mükafatı futbolçuya Peşəkar Futbol Liqasının inzibati binasında Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.

Qeyd edək ki, Bəhruz Teymurov I Liqada “Ayın qolu” layihəsi üzrə oktyabr ayının qalibi olub.

Əlaqəli Xəbərlər