Menyu

Azərbaycanın qeyri-neft ixracı 21%-ə yaxın artıb

Operativ Media
Azərbaycanın qeyri-neft ixracı 21%-ə yaxın artıb
1 dəq oxu

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,8% artaraq 3,6 milyard ABŞ dollarına çatıb.

Operativ Media xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) məlumat yayıb.

Bildirilib ki, cari ilin oktyabr ayında qeyri-neft sektoru üzrə ixrac ötən ilin oktyabr ayına nisbətən 23% artıb və 414,2 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə yeyinti məhsullarının ixracının dəyəri 115,2 milyon ABŞ dolları olub. Qeyri-yeyinti məhsulları üzrə ixrac isə 29,9% artımla 280,7 milyon ABŞ dollarına yüksəlib.

Əlaqəli Xəbərlər