Menyu

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib

Operativ Media
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib
1 dəq oxu

Ermənistan KTMT-nin bütün orqanlarında səsvermə hüququndan məhrum edilib.

Operativ Media xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov açıqlama verib.

Bildirilib ki, Moskvada keçirilən KTMT sammitinin iştirakçıları Ermənistanı təşkilatdakı səsvermə hüququndan məhrum etmək qərarına gəliblər.

Ermənistan KTMT-də yüksək vəzifələrə öz nümayəndələrini təyin etmək hüququndan da məhrum olunub.

Qeyd edək ki, Ermənistan 2024-cü ildə KTMT-də iştirakını dondurduğunu elan edib və üzvlük haqlarının ödənilməsini dayandırıb.

Əlaqəli Xəbərlər