Menyu

İran və Oman razılığa gəlib

Operativ Media
İran və Oman razılığa gəlib
1 dəq oxu

İran və Oman Hörmüz boğazının fəaliyyətilə qarşılıqlı anlaşma əldə ediblər.

Operativ Media xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf Qətərin “Al Jazeera” telekanalına müsahibəsində deyib.

“Biz Omanla Hörmüz boğazında gəmiçilik dəhlizi və hərəkətin bölüşdürülməsi sistemi ilə bağlı qarşılıqlı anlaşma əldə etmişik”, – deyə o bildirib.

Qalibaf həmçinin qeyd edib ki, Hörmüz boğazının statusu müharibədən əvvəlki vəziyyətinə qayıtmayacaq.

Onun sözlərinə görə, bu müddəa əldə olunmuş qarşılıqlı anlaşmanın bir hissəsidir və Tehranın münaqişənin tənzimlənməsi üçün irəli sürdüyü yeddi şərtdən biridir.

Əlaqəli Xəbərlər