Menyu

Samuxda yük avtomobili yanıb

Operativ Media
 Samuxda yük avtomobili yanıb
1 dəq oxu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Samux şəhəri ərazisində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Operativ Media xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Samux Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində avtoyuma məntəqəsinin daxilində “HOWO” markalı yük avtomobilinin təkərində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin arxa təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə edilib.

Xəsarət alan olmayıb.

Əlaqəli Xəbərlər