Menyu

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib

Nicat Hüseynli
Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
1 dəq oxu

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirərək siyahıya 43 fiziki və 100-ə yaxın hüquqi şəxsi daxil edib.

Operativ Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, qərar Aİ-nin Daimi Nümayəndələr Komitəsinin iclasında qəbul olunub. Məhdudiyyətlərin Əbu-Dabidə davam edən danışıqlarla və hazırlanmaqda olan 22-ci sanksiyalar paketi ilə əlaqəsi yoxdur.

Sanksiyaların noyabrın 16-da Aİ xarici işlər nazirləri tərəfindən təsdiqlənməsi gözlənilir.

Əlaqəli Xəbərlər