Menyu

Kəmaləddin Heydərov Krakovda baş vermiş faciə ilə əlaqədar başsağlığı verib

Operativ Media
Kəmaləddin Heydərov Krakovda baş vermiş faciə ilə əlaqədar başsağlığı verib
1 dəq oxu

Fövqəladə hallar naziri, Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Kəmaləddin Heydərov noyabrın 11-də Polşanın Bakıdakı Səfirliyində olub.

FHN-dən Operativ Media-ya verilən məlumata görə, nazir Polşa səfiri Pavel Radomski ilə görüşərək Krakov şəhərində baş vermiş faciə ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Hökuməti adından dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzuladığını bildirib.

Həlak olanların xatirəsinə ehtiramını bildirən nazir Kəmaləddin Heydərov, Səfirlikdə açılmış matəm kitabına başsağlığı sözləri yazıb.

Əlaqəli Xəbərlər