Menyu

Bakı Limanında konteyner aşırmaları 31 faiz artıb

Operativ Media
Bakı Limanında konteyner aşırmaları 31 faiz artıb
1 dəq oxu

2026-cı ilin yanvar-oktyabr aylarında Bakı Beynəlxalq Dəniz Ticarət Limanında 112 min 414 TEU konteyner aşırılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31 faiz çoxdur.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.

Bildirilib ki, hesabat dövründə limanda aşırılan ümumi yükün həcmi 3 faiz, quru yükün həcmi isə 60 faiz artıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Bakı Limanında 86 min 60 TEU konteyner aşırılmışdı.

Əlaqəli Xəbərlər