Menyu

Azərbaycanda saatlıq əməkhaqqı sistemi nə vaxtdan tətbiq olunacaq?

Operativ Media
Azərbaycanda saatlıq əməkhaqqı sistemi nə vaxtdan tətbiq olunacaq?
1 dəq oxu

Azərbaycanda 2027-ci il martın 1-dən minimum saatlıq əməkhaqqı sisteminin tətbiqi təklif olunur. Yeni mexanizm əmək müqaviləsi bir aydan az müddətə bağlandıqda və ya həftəlik iş vaxtı 20 saatdan çox olmadıqda tətbiq ediləcək.

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev komitənin iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, Əmək Məcəlləsinə və digər qanunvericilik aktlarına təklif olunan dəyişikliklər əmək münasibətlərinin müasir tələblərə uyğunlaşdırılmasını hədəfləyir.

Onun sözlərinə görə, saatlıq əməkhaqqı sistemi xüsusilə kənd təsərrüfatı, iaşə, turizm, məişət xidməti, daşıma və İT sektorlarında çalışanların əməyinin ödənilməsində daha çevik və ədalətli yanaşma yaradacaq.

Musa Quliyev qeyd edib ki, bu mexanizm azyaşlı uşaqları olan qadınların, tələbələrin və pensiyaçıların əmək bazarına çıxışını asanlaşdıra, eyni zamanda qeyri-formal məşğulluğun rəsmiləşdirilməsinə kömək edə bilər.

Təklifə əsasən, minimum saatlıq əməkhaqqının məbləği minimum aylıq əməkhaqqının bir saatlıq qarşılığından az olmayacaq.

Əlaqəli Xəbərlər