Menyu

MDB-nin iştirakçısı olan dövlətlərin təhlükəsizlik şuraları katiblərinin on dördüncü görüşü keçirilib

Operativ Media
MDB-nin iştirakçısı olan dövlətlərin təhlükəsizlik şuraları katiblərinin on dördüncü görüşü keçirilib
1 dəq oxu

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi,general-polkovnik Ramil Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti 2026-cı il noyabrın 9-da Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilmiş MDB-nin iştirakçısı olan dövlətlərin təhlükəsizlik şuraları katiblərinin on dördüncü görüşündə iştirak etiblər.

Operativ Media xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurası məlumat yayıb.

Görüşdə müasir dövrdə beynəlxalq təhlükəsizliyə qarşı təhdidlər və çağırışlar, müstəqil dövlətlərin daxili işlərinə müdaxilə cəhdləri, sürətlə inkişaf edən irimiqyaslı təbii və texnogen xarakterli fövqəladə hallar zamanı əhalinin və ərazilərin təhdidlərdən qorunması sahəsində iştirakçı dövlətlər arasında operativ informasiya mübadiləsinin təkmilləşdirilməsi, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlığın əsas istiqamətləri barədə məsələlər müzakirə olunub.

Gündəlikdə olan mövzularla əlaqədar çıxış edən R.Usubov Azərbaycan Respublikasının üzləşdiyi müasir çağırış və təhdidlərə qarşı həyata keçirilən tədbirlərdən, aidiyyəti dövlət qurumlarının fəaliyyəti və qarşıda duran vəzifələrindən danışıb, MDB-nin iştirakçısı olan dövlətlərin səlahiyyətli orqanları arasında təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin dövrümüzün çox sürətlə dəyişən tələblərinə uyğun olaraq, daha da təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürülüb.

Əlaqəli Xəbərlər