Menyu

Avropa liderləri Moskvaya mümkün səfər məsələsini müzakirə etməyiblər

Operativ Media
Avropa liderləri Moskvaya mümkün səfər məsələsini müzakirə etməyiblər
1 dəq oxu

Avropa liderləri Berlində keçirilən Ukrayna ilə bağlı “könüllülər koalisiyası”nın iclasında Moskvaya mümkün səfər məsələsini müzakirə etməyiblər.

Operativ Media bu barədə TASS-a istinadən xəbər verir. 

Mənbə bildirib ki, Berlin görüşündə bu məsələ müzakirə olunmayıb.

Qeyd edək ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin diplomatik kanallar vasitəsilə bəzi Avropa nümayəndələrinə Moskvaya səfər etmək üçün dəvət göndərildiyini açıqlayıb. Onun sözlərinə görə, dəvətin məqsədi həmin nümayəndələrin sülh prosesində mümkün iştirakla bağlı mövqelərini dəqiqləşdirməkdir.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Avropa İttifaqından hansı nümayəndələrin dəvət edildiyinin hələlik açıqlanmasının planlaşdırılmadığını bildirib.

Avropa Şurasının Prezidenti Antonio Koşta noyabrın 13-də Dublində keçirilən qeyri-rəsmi Aİ sammitindən sonra Ukrayna ilə bağlı danışıqlar üçün nümayəndə heyətinin yaradılması barədə razılıq əldə olunduğunu açıqlayıb. Onun sözlərinə görə, heyətə Avropa Komissiyası və Avropa Şurasının rəsmiləri, eləcə də “Könüllülər koalisiyası”nı təmsil edən Almaniya, Fransa, İtaliya, Polşa və Böyük Britaniyanın nümayəndələri daxil olacaq.

Dmitri Peskov TASS-a açıqlamasında Avropa tərəfindən seçilmiş danışıqlar nümayəndələrinin hələ Rusiya ilə əlaqə saxlamadığını deyib.

Kreml Avropa ilə münasibətlərin kəsilməsi təşəbbüsünün Rusiyadan gəlmədiyini, dialoqdan Avropanın imtina etdiyini iddia edir. Moskva isə Avropa tərəfinin həqiqi dialoq istəyi və danışıqlar aparacaq nümayəndə heyəti olduğu təqdirdə təmaslara hazır olduğunu bəyan edir.

Əlaqəli Xəbərlər