Laporta: Bu il "Barselona"nın ili olmalıdır
“Barselona”nın prezidenti Joan Laporta komandanın 2026/27 mövsümündə uğurlu çıxış edəcəyinə və qarşıya qoyulan məqsədlərə çatacağına inandığını bildirib.
Operativ Media xəbər verir ki, Laporta bu barədə “Mundo Deportivo”ya açıqlamasında danışıb.
“Bu il "Barselona"nın ili olmalıdır. Bunu baş məşqçi, onun köməkçiləri, fizioterapevtlər və ən əsası, futbolçuların özləri də anlayırlar.
Hər il heyətimizi gücləndirmişik. Bu mövsüm rəqabəti artıran futbolçular komandaya qayıdıblar. Bir neçə mövqedə oynaya bilən futbolçularımız var. Hazırda məqsədlərimizə fokuslanmışıq”, – Laporta bildirib.
Joan Laporta ilk dəfə 2003-cü ildə “Barselona”nın prezidenti seçilib və 2010-cu ilə qədər bu vəzifədə çalışıb. O, 2021-ci ilin martında yenidən klub rəhbərliyinə qayıdıb.
Laportanın rəhbərliyi dövründə kataloniyalılar 7 dəfə İspaniya çempionu olub, 2 dəfə isə UEFA Çempionlar Liqasını qazanıblar.