Menyu

Cari ilin 9 ayında əhaliyə 13,4 milyard manatlıq ödənişli xidmətlər göstərilib

Operativ Media
Cari ilin 9 ayında əhaliyə 13,4 milyard manatlıq ödənişli xidmətlər göstərilib
1 dəq oxu

Bu ilin yanvar-oktyabr aylarında ölkədə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,8 faiz artaraq 13 487,2 milyon manat olub.

Operativ Media Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 10 202,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,6 faizini təşkil edib.

2026-cı ilin yanvar-oktyabr aylarında hər bir ölkə sakini orta hesabla 1 312,7 manatlıq və ya 2025-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 154 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Əlaqəli Xəbərlər