Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinə yekun vurulacaq.
"Operativ Media" xəbər verir ki, "Səbail" doğma meydanda "Qəbələ" klubunu qəbul edəcək. Komandalar arasında baş tutan ilk qarşılaşmada "Qəbələ" klubu 3-2 hesablı qələbəyə sevinmişdi.
Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, bu gün finala yüksələn komanda "Neftçi" ilə qarşılaşacaq.






