"Barselona"nın stadionu təmirə bağlanacaq

Əziz Əzizli
"Barselona"nın stadionu təmirə bağlanacaq

"Barselona" klubu "Nou Kamp" stadionunu təmir etdirəcək.

"Operativ Media" xəbər verir ki,  klubun vitse-prezidenti Elena Fort İyunun sonunda "Nou Kamp"da  başlaması gözlənilən bərpa işləri ilə əlaqədar gələn mövsümün əvvəlindən 2024-cü ilin noyabrına qədər Barselonanın Montjuic bölgəsindəki  Lluis Companys Olimpiya Stadionuna köçürülməsi planını mətbuatla bölüşüb. 

Fort, 54.367 tutumlu "Lluis Companys Olimpiya" stadionunda 49.472 oturacaqdan kommersiya məqsədləri üçün istifadə edə biləcəklərini ifadə edərək, "Nou Kamp"dan müvəqqəti köçürülmələri səbəbiylə itkilərinin 55 milyon avro olacağını ifadə edib.

Bütün üzvlərin kombinə bilet hüquqlarını itirəcəyini və hər kəsin sıfırdan başlayacağını qeyd edən Fort, çəkilişlə sahiblərini tapacaq 27 min 385 kombinə biletlərin qiymətlərinin 723 ilə 1738 Avro arasında olacağını bildirib.

 Nou Kampla müqayisədə tutumunun təxminən yarısı olan Olimpiya Stadionundan ən yüksək gəliri əldə etmək üçün əyləncə fəaliyyətlərinə diqqət yetirəcəklərini ifadə edən Fort, bu müddət ərzində uşaqlar üçün bilet satışının olmayacağını açıqladı.

Digər xəbərlər