Türkiyə Super Liqası təmsilçisi "Qalatasaray" Azərbaycan Dövlət Neft Şirkəti ilə sponsorluq müqaviləsi imzalaya bilər.
"Operativ Media" "Sözcü" qəzetinə istinadən xəbər verir ki, Azərbaycanda xeyriyyə matçı ilə möhkəm bağlar quran "sarı-qırmızılılar" yeni müqavilə ilə Azərbaycan ilə əlaqələrini gücləndirəcək.
Tərəflər arasında danışıqlar müsbət istiqamətdə davam edir. “Qalatasaray” adından təmasları həyata keçirən vitse-prezident Niyazi Yelkencioğludur.
Müqavilənin həm iqtisadi, həm də idman tərəfləri var. SOCAR dörd mövsümün hər birində 20-25 milyon avro sponsorluq haqqı ödəyəcək. Müqavilənin birinci hissəsi stadionun adını əhatə edir. Ancaq hazırkı sponsor "Sixt" ilə razılaşdırılarsa, SOCAR da forma sponsoru ola bilər. Bu baş verərsə, gəlirlər artacaq.
Razılaşmanın idman hissəsində oyunçuların transferi yatır. "Qazprom"un "Beşiktaş"a edəcəyi kimi, "Qalatasaray"da mövsüm başına bir ulduz transferinin xərclərini SOCAR qarşılayacaq.






