"Qalatasaray"ın futbolçusu İtaliyaya qayıda bilər

Əziz Əzizli
"Qalatasaray"ın futbolçusu İtaliyaya qayıda bilər

"Qalatasaray"ın futbolçusu Nikolo Zaniolo karyerasını İtaliyada davam etdirə bilər.

"Operativ Media" xəbər verir ki, "Yuventus" və "Milan" 23 yaşlı yarımmüdafiəçinin xidmətindədir. Bu barədə "La Gazetta dello Sport" nəşri məlumat yayıb. İtaliya təmsilçiləri yayda Zaniolo üçün "cim-bom"a təklif göndərməyi düşünür.

İtalyan futbolçu qış fasiləsində "Roma"dan "Qalatasaray"a keçib. O, bu mövsüm Super Liqada 6 oyunda 3 qol vurub.

Digər xəbərlər