"Neftçi"nin futbolçusu İvan Brkiç karyerasını Türkiyədə davam etdirə bilər.
"Operativ Media" xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı məlumat yayıb. Xəbərdə Brkiçlə bir neçə klubun maraqlandığı və hətta aralarında ölkəsinin 5-ci liqasında mübarizə aparan komandanın da olduğu qeyd edilib:
"Brkiçin "Neftçi" ilə müqaviləsi yayda başa çatır. Onunla maraqlanan bir neçə klub var, biri isə hətta ölkəsinin 5-ci liqasındandır. Lakin Brkiç Bakıda xoşbəxtdir və yəqin ki, klubunu dəyişməyəcək. "Neftçi" də ondan razıdır və müqaviləni uzatmağa hazırdır. Ancaq Byeliçanın "Trabzonspor"a baş məşqçi təyin olunması onun Türkiyə klubuna yolunu aça bilər".
27 yaşlı qolkiper bu mövsüm 30 oyunda 28 qol buraxıb.






