Türkiyə millisinin üzvü "Atalanta"dan ayrılmaq istəyir

Əziz Əzizli
Türkiyə millisinin üzvü "Atalanta"dan ayrılmaq istəyir

Türkiyə millisinin üzvü Merih Demiral İtaliya A seriyası təmsilçisi "Atalanta"dan ayrılmaq istəyir.

"Operativ Media" xəbər verir ki, futbolçubun baş məşqçi Can Pyer Qasperini ilə arasında problem olduğu və ikilinin dalaşdığı deyilir.

Merih yay transfer pəncərəsi açılan zaman klubdan ayrılmaq istədiyini "Atalanta" rəhbərliyinə bildirib.

Qeyd edək ki, qışda Qasperini Merihin "İnter"ə transferinə mane olmuşdu.

Digər xəbərlər