"Tottenhem"in hücumçusu yeni uğura imza atıb

Əziz Əzizli
"Tottenhem"in hücumçusu yeni uğura imza atıb

"Tottenhem”in futbolçusu Harri Keyn yeni uğura imza atıb.

"Operativ Media" xəbər verir ki, ingilis hücumçu buna İngiltərə Premyer Liqasının 34 turunda “Liverpul”a 3:4 hesabı ilə məğlub olduqları oyunda qol vurmaqla nail olub.

Keyn bu mövsüm çempionatdakı qollarının sayını 25-ə çatdırıb.

Bununla da o, Premyer Liqanın 4 müxtəlif mövsümündə 25 və daha çox qol vuran Alan Şirerin rekordunu təkrarlayıb. 30 yaşlı forvard 2015/16 (25 qol), 2016/17 (29) və 2017/18 (30) mövsümlərində də bunu bacarıb.

Xatırladaq ki, Keyn bu mövsüm “Tottenhem”in heyətində bütün turnirlər çərçivəsində keçirdiyi 45 oyunda 27 qola imza atıb.

Digər xəbərlər