"Barselona"nın futbolçusunun evi qarət olundu

Əziz Əzizli
"Barselona"nın futbolçusunun evi qarət olundu

"Barselona"nın müdafiəçisi Jul Kundenin evi qarət olunub.

"Operativ Media" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, hadisə Kataloniya təmsilçisinin La Liqanın 32-ci turunda "Betis"ə qarşı keçirdiyi oyun (4:0) zamanı baş verib. Oğruların evə vurduğu zərərin detalları açıqlanmayıb.

Qeyd edək ki, Kunde "Betis"lə oyunda start heyətdə meydana çıxıb və sona qədər oynayıb

Digər xəbərlər