Serbiyanın Dubona və Sepsin kəndlərində terror aktı törədən şəxs tutulub.
"Operativ Media" xəbər verir ki, bu barədə Sebiya Milli Televiziyası məlumat yayıb.
***
08:57
Serbiyanın Dubona və Sepsin kəndlərində baş verən silahlı hücumda 8 nəfər ölüb, 13 nəfər yaralanıb.
"Operativ Media" xəbər verir ki, Serbiyanın Blic qəzetinin məlumatına görə, Dubona və Sepsin kəndlərində silahlı hücumlar baş verib.
Hücumda 8 nəfərin həyatını itirdiyi, 13 nəfərin yaralandığı bildirilib.
Atəş açan şəxsin 21 yaşlı Uros B. olduğu paylaşılan xəbərdə təcavüzkarın hadisə yerindən qaçaraq yoxa çıxdığı qeyd edilib.
Xəbərdə hücumçunun Dubonada məktəb bağçasında bir polis məmuru ilə mübahisə etdiyi, evdən tapança götürərək bacısını və başqa bir şəxsi güllələdiyi bildirilib.
Hücumçu daha sonra Sepsin kəndində atəş açmağa davam edib və orada gizlənməkdə şübhəli bilinir.
Qəzet Serbiya hüquq-mühafizə orqanlarının hücumçunun axtarışına başladığını yazıb.